Türkiyədə hakim təyinatları Entoni Teylorun qiymətləndirmələri ilə aparılacaq
Türkiyə Futbol Federasiyasının Mərkəzi Hakim Qurumu Süper Liqada hakim təyinatlarının Entoni Teylorun texniki qiymətləndirmələri əsasında olacağını açıqladı.

Türkiyə Futbol Federasiyasının Mərkəzi Hakim Qurumu (MHK) Süper Liqa və 1-ci Liqada hakim təyinatları prosesinin detallarını rəsmi olaraq açıqlayıb.
MHK-nın məlumatına görə, Süper Liqada oyunlara hakim təyin edilərkən qurumun Elit Hakim Direktoru Entoni Teylorun, 1-ci Liqada isə "Talent & Mentor Programı"nın koordinatoru Alan Snoddinin texniki qiymətləndirmələri əsas götürülür. Seçimlər zamanı hakimlərin son dövrdəki performansları, matçların xüsusiyyətləri və müvafiq texniki meyarlar diqqətə alınır. Lakin həmin meyarların təfərrüatlı ölçmə üsulları və qiymətləndirmələrdəki çəkisi barədə detallar açıqlanmayıb.
Xatırladaq ki, tanınmış britaniyalı sabiq hakim Entoni Teylor cari il avqustun 4-də TFF-də MHK Elit Hakim Direktoru vəzifəsinə başlayıb. Onun səlahiyyət dairəsinə üst klasman hakimlərinin texniki inkişaf proseslərinin planlaşdırılması, performans qiymətləndirmə sistemlərinin gücləndirilməsi, təlim proqramlarının hazırlanması və matç təhlilləri daxildir.
Türkiyə Super Liqası


