Vəli Qasımov Tofiq Bəhramov stadionuna dəyər verdi
Sabiq hücumçu Vəli Qasımov Tofiq Bəhramov adına Respublika Stadionunun 75 illiyinə həsr olunmuş Neftçi və Spartak Vilnüs veteranları oyunundan danışıb.

Veteran futbolçu Vəli Qasımov Tofiq Bəhramov adına Respublika Stadionunun 75 illik yubileyinə həsr olunan Neftçi (Azərbaycan) və Spartak Vilnüs (Litva) veteranları arasındakı yoldaşlıq oyunu ilə bağlı fikirlərini açıqlayıb. O, təşkilatçılara və Litvadan Bakıya gələn veteran futbolçulara minnətdarlığını bildirib.
Qasımov görüşün iştirakçıları üçün xüsusi məna kəsb etdiyini vurğulayıb. Sabiq hücumçunun sözlərinə görə, stadion onlar üçün çoxlu xatirələrlə bağlıdır və burada oynayanların əksəriyyəti vaxtilə bu arenada dəfələrlə meydana çıxıb.
O, tədbirin yenidən bir araya gəlmək üçün həm özəl, həm də qürurverici hiss yaratdığını bildirib: “Bu meydan bizim üçün xüsusi məna daşıyır. Burada olan futbolçuların əksəriyyəti vaxtilə bu arenada dəfələrlə meydana çıxıb. Ona görə də yenidən burada bir araya gəlmək bizim üçün həm özəl, həm də qürurverici hissdir”.
Neftçi


