Xaqan Əhməd Atyrauda ikinci qrossmeyster normasını əldə etdi
Xaqan Əhməd Qazaxıstanın Atyrau şəhərində keçirilən Atyrau Masters 2026 turnirində 6/9 nəticə göstərərək ikinci GM normasını yerinə yetirib.

22 oktyabr 2026 — Azərbaycanın gənc şahmatçısı Xaqan Əhməd Qazaxıstanın Atyrau şəhərində təşkil olunan Atyrau Masters 2026 beynəlxalq turnirində çıxış edərək ikinci qrossmeyster (GM) normasını yerinə yetirib.
Turnirdə Xaqan 9 partiyadan 6 xal toplayıb: 5 qələbə, 2 heç-heçə və 2 məğlubiyyətlə yarışı yekunlaşdırıb və ümumi sıralamada 6-cı pillədə qərarlaşmışdır.
Yarışa 2524 FIDE reytinqi ilə başlayan şahmatçının turnir performansı 2624 təşkil edib və bu nəticə onun ikinci GM normasını təmin edib.
2011-ci il təvəllüdlü Xaqan Əhməd yeniyetmələr arasında həm dünya, həm də Avropa yarışlarında mükafatçıdır: 2023-cü ildə 12 yaşadək dünya çempionatında bürünc medal qazanıb, 2025-ci ildə Monteneqroda keçirilən yeniyetmələr arasında Avropa çempionatının qalibi olub və 2026-cı ildə İtaliyanın Montesilvano şəhərində 16 yaşadək şahmatçılar arasında dünya çempionatında 11 turdan 9,5 xal toplayaraq qızıl medal əldə edib. O, həmçinin 2025-ci ildə Londonda keçirilən komandalararası dünya çempionatında amerikalı qrossmeyster Hikaru Nakamuraya qarşı qələbə qazanaraq diqqət çəkmişdi.
Mənbə: GettoSport
Dünya çempionatı
Avropa çempionatı


