Yanğın və xilasetmə idmanı çempionatı Azərbaycanda başlayıb

Bakıda 2–8 noyabr 2026 tarixlərində Fövqəladə Hallar Nazirliyi və Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının təşkilatçılığı ilə…

GettoSport redaksiyası••1 dəq oxu
Paylaş
Yanğın və xilasetmə idmanı çempionatı üçün Azərbaycan İdman Akademiyası stadionu
Foto: Sportinfo.az

Bakı, 2 noyabr 2026 — Bakıdakı Azərbaycan İdman Akademiyasının stadionunda noyabrın 2-dən 8-dək yanğın və xilasetmə idmanı üzrə kişilər arasında XXI və qadınlar arasında XII dünya çempionatı keçirilir. Yarışı Fövqəladə Hallar Nazirliyi ilə Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyası birgə təşkil edib. Bu barədə Sportinfo.az məlumat yayıb.

Tədbirdə 20-dən artıq ölkədən 400-dən çox idmançının iştirak etməsi gözlənilir. Yarış iştirakçıları sürət, çeviklik, fiziki hazırlıq və peşəkar bacarıqlarını nümayiş etdirərək dünya çempionu adı uğrunda mübarizə aparacaqlar.

Çempionatda idmançılar dörd növ üzrə qüvvələrini sınayacaqlar:

  • hücum nərdivanı ilə tədris qülləsinin 2-ci və 4-cü mərtəbələrinə qalxma,
  • 100 metr məsafəyə maneəli qaçış,
  • 4×100 metr məsafəyə yanğın estafeti,
  • döyüş açılışı.

Təşkilatçılar tədbirin yanğın və xilasetmə idmanının inkişafı, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və müxtəlif ölkələrin idmançıları arasında təcrübə mübadiləsi üçün mühüm olduğunu bildirirlər. Dünya çempionatı çərçivəsində bir sıra ölkələrin uyğun qurumlarının və beynəlxalq təşkilatların rəhbər şəxslərinin Azərbaycana səfərləri də nəzərdə tutulub.

Mənbə: Sportinfo.az

Hazırladı: GettoSport

Paylaş
BU XƏBƏRDƏ

Son xəbərlər