Yusif Qəhrəmanlı karate üzrə Avropa birinciliyində gümüş medal qazandı
Azərbaycanlı karateçi Yusif Qəhrəmanlı Bolqarıstanın paytaxtı Sofiyada keçirilən 16-cı WSF Avropa Ölkələri Şotokan Karate Birinciliyində gümüş medal qazanıb.

Azərbaycanlı karateçi Yusif Qəhrəmanlı Bolqarıstanda keçirilən 16-cı WSF Avropa Ölkələri Şotokan Karate Birinciliyində fəxri kürsünün ikinci pilləsinə yüksəlib. Sofiya şəhərində təşkil olunan yarışda idmançımız uğurlu nəticə göstərərək gümüş medala sahib olub. Bu barədə Sportinfo.az və Sportal.az məlumat yayıb.
14-15 yaşlı karateçilərin mübarizəsində çıxış edən Qəhrəmanlı 70 kiloqramadək çəki dərəcəsində qüvvəsini sınayıb. Gənc idmançı bu beynəlxalq yarışa məşqçiləri Şahin və Rəşid Xudaverdiyevlərin rəhbərliyi altında hazırlaşıb.
Mənbə: Sportinfo.az, Sportal.az
Hazırladı: GettoSport



