Arda Güler Real ilə müqavilə müddətini uzadacaq
Arda Güler Real Madridin təklifini qəbul edərək yaxın günlərdə 30 iyun 2031-ci ilədək nəzərdə tutulmuş yeni müqavilə imzalayacaq; onun mövcud anlaşması 2029-cu…

16 oktyabr 2026 — Türkiyəli yarımmüdafiəçi Arda Güler gələcəyi ilə bağlı qərarını verib və Madrid klubu ilə müqaviləsini uzadacaq.
Güler yaxın günlərdə 30 iyun 2031-ci il tarixinə kimi nəzərdə tutulan yeni sözləşməyə imza atacaq. O, La Liqa nəhəngi Real Madridin yeni müqavilə təklifini qəbul edib.
Hazırda 21 yaşlı oyunçunun klubla mövcud anlaşması 2029-cu ilin yayına qədər idi. Cari mövsümdə Güler Realın heyətində 9 rəsmi oyunda iştirak edib, 1 qol vurub və 4 məhsuldar ötürmə ilə diqqət çəkib.
Arda Güler hücumameyilli yarımmüdafiəçi kimi Avropanın bir sıra klublarının transfer siyahısında yer alırdı, lakin o, karyerasını Madriddə davam etdirməyi seçib.
Mənbə: GettoSport
Arda Güler
Real Madrid
La Liqa


