Azərbaycan qadın oxatanları Asiya Kubokunu qazandı

Azərbaycanın qadın kamandan oxatma üzrə yığması İraqın Süleymaniyə şəhərində keçirilən Asiya Kubokunun ikinci mərhələsində komanda yarışında qızıl, qarışıq…

GettoSport redaksiyası••1 dəq oxu
Paylaş
Azərbaycan qadın oxatana komandasının qalibiyyət anı, medallarla
Foto: İdman.biz

Oktyabrın 24-dən 29-dək İraqın Süleymaniyə şəhərində keçirilən Asiya Kubokunun ikinci mərhələsində Azərbaycan kamandan oxatma üzrə qadın milli komandası komanda yarışında qızıl medal əldə edib.

Yaylagül Ramazanova, Fatimə Hüseynli və Lalə Əbdürəhmanovadan ibarət üçlük finalda Qazaxıstan millisini 5:4 hesabı ilə məğlub edərək turnirin qalibi olub.

Turnirdə həmçinin qarışıq komanda üzrə medallar mübarizəsində Azərbaycan təmsilçiləri Yaylagül Ramazanova və Məhəmmədəli Əliyev həlledici görüşdə İran yığmasına uduzub və gümüş medala sahib çıxıblar.

Asiya Kubokunun ikinci mərhələsi Dünya Kamandan Oxatma Federasiyasının (World Archery) rəsmi təqviminə daxil olan reytinq yarışıdır. Beləliklə, Azərbaycan milli komandası oktyabrın 24-dən 29-dək keçirilən mərhələni bir qızıl və bir gümüş medalla başa vurub.

Mənbə: GettoSport

Paylaş
BU XƏBƏRDƏ

Son xəbərlər