Azərbaycan U-15 Mozambiki məğlub etdi və Vyetnama rəqib oldu

29 oktyabr 2026 — Bakı şəhərində U-15 millimiz dünya çempionatında Mozambiki 4:1 hesabı ilə məğlub edərək 81–84-cü yerlər yarımfinalına vəsiqə qazandı.

GettoSport redaksiyası••1 dəq oxu
Paylaş
Azərbaycan U-15 futbol komandası oyun zamanı bayraqla
Foto: Sportinfo.az

29 oktyabr 2026 — Bakı. Fəmiil Xəlilovun çalışdırdığı Azərbaycan U-15 milli komandası dünya çempionatının "C" səviyyəsində 81–88-ci yerlər uğrunda keçirilən görüşdə Mozambiki 4:1 hesabı ilə üstələyib.

Turnirdəki 8-ci oyununu keçirən millinin heyətindən Həsən Məhəmmədov, Qafar Babayev və Yusif Əlizadə fərqləniblər. Dördüncü qol isə Mozambik oyunçusunun öz qapısına vurduğu top olub.

Qələbə sayəsində Azərbaycan millisi növbəti mərhələdə — 81–84-cü yerlər uğrunda yarımfinalda Vyetnam yığması ilə qarşılaşacaq. Bu nəticə ilə komandamız mundialı ən azı 84-cü yerdən aşağı başa vurmayacaq.

Qeyd edək ki, U-15 dünya çempionatında ümumilikdə 189 ölkənin yığması iştirak edir.

Mənbə: GettoSport

Paylaş

Son xəbərlər