Barselona 58 illik La Liqa rekordunu təkrarladı

Barselona İspaniya La Liqasında ardıcıl 9 oyunda qalib gələrək Real Madridin 58 il əvvəlki nailiyyətini təkrarlayıb və liderliyini davam etdirir.

GettoSport redaksiyası••1 dəq oxu
Paylaş
Barselona futbolçuları qol sevinci yaşayarkən
Foto: İdman.biz

"Barselona" İspaniya La Liqasının 2026/2027 mövsümünün ilk doqquz qarşılaşmasının hamısında qələbə qazanaraq "Real Madrid"in rekordunu təkrarlayıb.

Kataloniya təmsilçisi oktyabrın 17-də keçirilən doqquzuncu tur görüşündə "Betis" üzərində 5:2 hesablı inamlı qələbə qazanıb. Mümkün 27 xalın hamısını toplayan komanda bu oyunlarda rəqib qapılarından 39 top keçirib.

"Real Madrid" oxşar nəticəyə 1968/1969 mövsümündə nail olmuşdu. Madrid təmsilçisi həmin çempionatın ilk doqquz turunda qələbə qazanarkən 21 qola imza atmışdı.

Hazırda 27 xalla turnir cədvəlində vahid lider olan "Barselona" növbəti oyununu oktyabrın 25-də məhz əzəli rəqibi "Real Madrid"ə qarşı keçirəcək. Ehtiyatda bir oyunu qalan paytaxt klubu isə 18 xalla dördüncü pillədə qərarlaşıb.

Mənbə: GettoSport

Paylaş

Son xəbərlər