Eşli Yanq Mançester Yunaytedin heyətindən narazılıq bildirdi
Sabq Mançester Yunayted yarımmüdafiəçisi Eşli Yanq The Overlap verilişində klubun heyətini tənqid edib və məşqçilərin ora işləmək istəməyəcəyini söyləyib.

27 oktyabr 2026 — Sabiq Mançester Yunayted yarımmüdafiəçisi Eşli Yanq The Overlap verilişində klubun hazırkı heyəti barədə sərt fikirlərini açıqlayıb və dünyanın aparıcı məşqçilərinin artıq klubda işləməyə əvvəlki qədər maraq göstərmədiyini deyib.
Yanq bildirib ki, komandanın heyəti daha güclü olmalıdır və bunu reallaşdırmaq üçün klubun neçə transfer pəncərəsi lazım olacağını sual edib. O qeyd edib: “Hansı məşqçi gəlib ‘Mən bu heyətlə işləmək istəyirəm’ deyər? Məncə, dünyanın ən yaxşı məşqçisi Luis Enrike hazırda ‘Mançester Yunayted’ə və onun heyətinə baxıb belə deyərdi: ‘Mən bu heyətə heç toxunmaram. Ora getmərəm’.”
Yanq həmçinin ötən illərdə dünyanın əksər məşqçilərinin Mançester Yunaytedi dünyanın ən böyük klublarından biri hesab etdiyini, lakin onun fikrincə indi vəziyyətin dəyişdiyini qeyd edib: “Uzun illər ərzində... istənilən vaxt böyük məmnuniyyətlə orada işləməyə razı olardılar. Amma düşünürəm ki, indi vəziyyət fərqlidir.”
Mənbə: GettoSport
Mançester Yunayted
Luis Enrike


