FIFPro ilin rəmzi futbol komandasını açıqladı
Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyası dünyanın ən yaxşı oyunçularından ibarət ilin rəmzi komandasını müəyyənləşdirib.

Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyası (FIFPro) ilin rəmzi komandasını açıqlayıb. Dünyanın müxtəlif ölkələrindən 19 806 futbolçunun iştirakı ilə müəyyənləşdirilən heyətə daxil olan oyunçuların adları məlum olub. Bu barədə Offsideplus.az məlumat yayıb.
Rəmzi “11-lik”də aşağıdakı futbolçular yer alıblar:
- Qapıçı: David Raya
- Müdafiəçilər: Pau Kubarsi, Əşrəf Hakimi, Nunu Mendiş
- Yarımmüdafiəçilər: Cud Bellingem, Rodri, Vitinya
- Hücumçular: Erlinq Holand, Kilian Mbappe, Lionel Messi, Lamin Yamal
Ulduz oyunçulardan Kriştiano Ronaldo və Harri Keyn isə rəmzi komandaya düşə bilməyiblər. Onların adları yalnız namizədlər siyahısında yer alıb.
Mənbə: Offsideplus.az
Hazırladı: GettoSport
Kilian Mbappe
Lionel Messi
Kriştiano Ronaldo
Lamin Yamal
Erlinq Holand
Harri Keyn
Rodriqo Hernandez
Əşrəf Hakimi


