Mançester Siti-nin transfer maliyyəsi xaricdən dayanıb
Xarici banklar Mançester Siti ilə transfer maliyyələşdirmə əməliyyatlarını dayandırıb. Klubun apellyasiyasına dekabrda baxılacaq, yekun hökm 2027-də gözlənir.

14 noyabr 2026 — Mançester Siti ətrafındakı hüquqi proseslərin yaratdığı qeyri-müəyyənlik nəticəsində bir sıra xarici bank və kredit təşkilatları klubun yeni transferlərini maliyyələşdirməməyə başlayıblar. Bu barədə Offsideplus.az məlumat yayıb.
Mənbəyə görə, xüsusilə Almaniya bankları da daxil olmaqla bəzi xarici maliyyə qurumları Premyer Liqanın maliyyə qaydaları ilə bağlı davam edən məhkəmə işinin nəticələrini gözləyərək Mançester Siti üçün transfer kreditlərindən imtina ediblər. Bu addım sentyabrda müstəqil komissiyanın klubu irəli sürülən 115 ittihamdan 114-ü üzrə təqsirli bildiyi qərarından sonra yaranan nüfuz itkisi və gələcək sanksiya riskləri ilə izah olunur.
Klubun komissiyanın qərarına qarşı apellyasiya şikayətinə dekabr ayında baxılacağı bildirilib. Yekun hökmün və mümkün cəzaların 2027-ci ilin əvvəlində açıqlanacağı gözlənilir.
Apellyasiya rədd olunarsa, Mançester Siti böyük məbləğdə cərimələr, turnir cədvəlindən xal silinməsi və hətta Premyer Liqadan kənarlaşdırılma kimi ağır sanksiyalarla üzləşa bilər.
Mənbə: Offsideplus.az
Hazırladı: GettoSport
Mançester Siti
Misli Premyer Liqa


