Qızıl top saytında səhv — qalib fotosu vaxtından əvvəl yayıldı
70-ci Qızıl top mərasimi ərəfəsində ballondor.com saytında Harri Keyn, Lamin Yamal və Kilian Mbappenin fotoları vaxtından əvvəl yerləşdirilib, sonra silinib.

26 oktyabr 2026 — Bu gün Londonda keçiriləcək 70-ci Qızıl top (Ballon d'Or) təqdimatından əvvəl təşkilatçıların rəsmi saytında diqqətçəkən səhv qeydə alınıb: ballondor.com saytına qalib olduğu iddia edilən futbolçuların fotoları vaxtından əvvəl yerləşdirilib və daha sonra silinib.
Səhifədə "Bavariya"nın hücumçusu Harri Keyn, "Barselona"nın oyunçusu Lamin Yamal və "Real Madrid"dən Kilian Mbappenin şəkilləri göründüyü, yayımlandıqdan sonra həmin görüntülərin sosial şəbəkələrdə paylaşılmağa başladığı bildirilir.
Saytdan silinməsinə baxmayaraq, yayılan materiallar Qızıl top qalibinin əvvəlcədən məlum olması barədə müzakirələrə yol açıb. Hazırda yayılan fotoların konkret olaraq hansı futbolçunun mükafatı qazandığını təsdiqlədiyi barədə dəqiq məlumat yoxdur.
Mərasim Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Qalib 100 jurnalistin səsverməsi əsasında müəyyənləşəcək; səs verən jurnalistlər FIFA reytinqində ilk 100 yeri tutan ölkələrdən təmsilçilərdir.
Mənbə: GettoSport
Qızıl Top
Kilian Mbappe
Lamin Yamal
Harri Keyn
Real Madrid
Barselona
Bavariya


