"Qızıl Top"u qazanmaq mənim üçün böyük nailiyyət olardı" - Keyn
"Bavariya"nın və İngiltərə millisinin hücumçusu Harri Keyn "Qızıl Top" mükafatı üçün mübarizə ilə bağlı fikirlərini bölüşüb. 33 yaşlı forvard mükafatı

"Bavariya"nın və İngiltərə millisinin hücumçusu Harri Keyn "Qızıl Top" mükafatı üçün mübarizə ilə bağlı fikirlərini bölüşüb.
33 yaşlı forvard mükafatın təqdimetmə mərasiminin Londonda keçirilməsinin bu hadisəni onun üçün daha da xüsusi etdiyini deyib:
"Əlbəttə ki, mərasimin öz şəhərimdə keçirilməsi mənim üçün xüsusi olacaq. İngilislər 20 ildən çoxdur ki, "Qızıl Top"u qazanmırlar. Bu müddət ərzində kifayət qədər görkəmli oyunçularımız olub. "Qızıl Top"u qazanmaq mənim üçün böyük nailiyyət olardı. Lakin hazırda tam olaraq cari mövsümdə yenidən keyfiyyətli oyun nümayiş etdirməyə köklənmişəm".
Qeyd edək ki, "Qızıl Top"un təqdimetmə mərasimi oktyabrın 26-da keçiriləcək. Nüfuzlu fərdi mükafatın əsas namizədləri Harri Кеyn və "Barselona"nın cinah oyunçusu Lamin Yamal hesab olunurlar.
Qızıl Top
Harri Keyn
Bavariya
İngiltərə millisi
Barselona
Lamin Yamal


