Real Madrid Raul Asensio və Ferlan Mendini sata bilər
Madrid təmsilçisi qarşıdakı transfer pəncərəsində müdafiəçilər Raul Asensio və Ferlan Mendini transferə çıxarmağı planlaşdırır.

Madridin "Real" klubu heyətində dəyişikliklər edərək qarşıdakı transfer pəncərəsində iki futbolçusu ilə yollarını ayıra bilər. "Kral klubu" müdafiəçilər Raul Asensio və Ferlan Mendini satışa çıxarmağa hazırdır. Bu barədə Sportinfo.az məlumat yayıb.
Müvafiq təkliflər daxil olacağı təqdirdə hər iki oyunçunun komandadan ayrılması mümkündür. Madrid təmsilçisi bu addımla müdafiə xəttini yeniləməyi hədəfləyir.
Fransalı müdafiəçi Ferlan Mendinin klubla müqavilə müddəti 2028-ci ilin iyun ayının sonunadək nəzərdə tutulub və onun bazar dəyəri 4 milyon avro təşkil edir. İspaniyalı 23 yaşlı Raul Asensionun isə Madrid təmsilçisi ilə sözləşməsi 2031-ci ilin yayına qədər qüvvədədir və onun transfer dəyəri 18 milyon avro qiymətləndirilir.
Mənbə: Sportinfo.az
Hazırladı: GettoSport
Marko Asensio
Real Madrid


