Sabah Çempionlar Liqasında qələbə qazandı, avrokuboklar davam edir
28 oktyabr 2026: Sabah Çempionlar Liqasında Nanteri məğlub edib. Bu gün FIBA Avropa Kubokunda Neftçi, LANDAU Lions və Gəncə ev oyunları keçirəcəklər.

28 oktyabr 2026. Dünən Bakıdakı matçda “Sabah” Çempionlar Liqasında Fransanın Nanter 92 komandasını doğma meydanda 87:80 hesabı ilə məğlub edərək Azərbaycan komandalarının avrokuboklarda məğlubiyyət seriyasını dayandırıb. Bu gün isə ölkə təmsilçilərinin avrokubok səfəri FIBA Avropa Kubokunda davam edir.
Oktyabrın 28-də Bakı İdman Sarayında keçiriləcək oyunlar belədir: “Neftçi” – “Oradya” (Rumıniya) saat 17:00, “LANDAU Lions” – “Denizli Basket” (Türkiyə) saat 20:30. Həmçinin “Gəncə”nin də qarşıdakı iki gün ərzində ev oyunu keçirməsi planlaşdırılır.
“Neftçi” FIBA Avropa Kubokunun H qrupunda hazırda 3 xalla son sıralardadır. Bakılılar ardıcıl üç məğlubiyyətdən sonra meydana çıxırlar; son qarşılaşmada İsveçrənin “Fribur Olimpik” komandına səfərdə cəmi beş xal fərqi ilə 73:78 hesabı ilə uduzublar. Qrupdakı vəziyyətə görə liderliyə “Mikonos” (6 xal) yüksəlib, “Oradya” isə 5 xalla ikinci pillədədir. Rumıniya klubu avrokuboklarda zəngin təcrübəyə malikdir və bu mövsüm turnirdə hər oyunda orta hesabla 84,7 xal toplayır.
“Oradya”nın heyətində diqqət çəkən oyunçular arasında ABŞ-li Kris Riçard, Malik Osborn, Coş Cefferson və Kuinsi Qerye var. Riçard bu il fevralda FIBA Avropa Kubokunun tarixində 1000 xal həddini keçən ilk basketbolçu olub. “Oradya” cari mövsümdə üç oyunda iki qələbə əldə edib və Rumıniya çempionatında da yaxşı start götürüb.
“LANDAU Lions” G qrupunda hələ qələbə qazana bilməyib, lakin son matçda Danimarkanın “Bakken Bears” komandasına əlavə vaxtda 88:91 hesabı ilə uduzaraq rəqabət göstərə biləcəyini nümayiş etdirib. Əvvəlki qarşılaşmalarda “Lions de Jenev”ə (83:105) və “Prievidza”ya (84:108) məğlub olublar.
Mənbə: GettoSport
Çempionlar Liqası
Neftçi
Sabah


