Tibo Kurtua Realda qalmağa hazırlaşır, yeni müqaviləyə yaxın
Real Madridin qapıçısı Tibo Kurtua klubla yeni müqavilə imzalamağa yaxın olduğunu bildirib və karyerasını Madriddə başa vurmaq istədiyini deyib.

22 oktyabr 2026. Real Madridin qapıçısı Tibo Kurtua karyerasını klubda başa vurmaq istədiyini və komandası ilə yeni müqavilə imzalamağa yaxın olduğunu bildirib.
Kurtua verdiyi açıqlamada: “Burada, Realda karyeramı başa vurmaq istəyirəm. Klubla yeni müqavilə imzalamağa yaxınam” — deyə fikirlərini çatdırıb.
34 yaşlı qolkiper 2018-ci ildə Real Madridə qoşulub. Klubun heyətində 345 oyuna çıxan Kurtua qapısında 339 qol görüb və 131 matçda qapısını toxunulmaz saxlayıb. Onun mövcud müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonunda başa çatacaq.
Real oktyabrın 25-də La Liqanın 10-cu turunda Barselona ilə qarşılaşacaq. Oyunun start fiti Bakı vaxtı ilə saat 00:00-da səslənəcək.
Mənbə: GettoSport
Real Madrid
Barselona
La Liqa


