Vəli Qasımov Filipe Kandidonu təriflədi
27 oktyabr 2026 — Vəli Qasımov portuqaliyalı keçmiş həmkarı, hazırda Sumqayıtın baş məşqçisi olan Filipe Kandidonu işinə görə təriflədi və komandanın oyununu…

27 oktyabr 2026 — Azərbaycan futbolunun əfsanəvi hücumçusu Vəli Qasımov portuqaliyalı keçmiş komanda yoldaşı, hazırda Sumqayıtın baş məşqçisi olan Filipe Kandido barədə fikirlərini açıqlayıb və onun işini yüksək dəyərləndirib.
Qasımov bildirib ki, onlar bir vaxtlar Portuqaliyanın Setubal klubunda birgə çıxış ediblər və Kandidonu gənc, perspektivli futbolçu kimi xatırlayır: "Biz 'Setubal'da oynayanda o, gənc və perspektivli futbolçu idi. İstedadlı oyunçulara həmişə kömək edirəm. Yaxşı futbolçu idi, həmişə nə isə soruşurdu, utanmırdı. Belə gənclər az olurdu, qal deyəndə qalırdı."
Keçmiş hücumçu eyni zamanda Kandidonun məşqçi kimi uğurlarına da toxunub: "Məşqçi kimi işini görməmişəm, amma 'Sumqayıt'a qədər gəlib çıxıbsa, deməli, yaxşı iş görür. Eşitmişəm ki, çalışqan adamdır. 'Sumqayıt'ın da oyunu göz qabağındadır, gözəl oynayırlar. Məşqçi işi görünür. Komandaya uğurlar arzu edirəm. Gözəl oyun olduqca, nəticələr də olacaq."
Qeyd edək ki, Vəli Qasımov və Filipe Kandido 1997/98 mövsümündə "Setubal"da komanda yoldaşı olublar.
Mənbə: GettoSport
Sumqayıt


