Vinisiusə cəza qərarı oktyabrın 15-də açıqlanacaq
Real Madridin futbolçusu Vinisius Juniorun Vilyarrealla oyunda aldığı qırmızı vərəqə ilə bağlı İntizam Komitəsinin yekun qərarı oktyabrın 15-də elan olunacaq.

Real Madridin hücumçusu Vinisius Juniorun La Liqanın 8-ci turunda Vilyarrealla (1:0) keçirilən görüşdə aldığı qırmızı vərəqə ilə bağlı İspaniya Futbol Federasiyasının İntizam Komitəsinin yekun qərarı oktyabrın 15-də açıqlanacaq.
Madrid klubu vinisiusun qərarına qarşı apellyasiya vermək hüququna malikdir; apellyasiya müraciəti yerli vaxtla bu gün saat 14:00-dək qəbul olunur. Eyni müddət müdafiəçi İbrahima Konatenin sarı vərəqəsinə etiraz üçün də keçərlidir.
Vinisiusun qırmızı vərəqəsi Vilyarrealın yarımmüdafiəçisi Natan-Dilan Salibanın saçından dartması ilə bağlıdır. Bildirilir ki, bu hərəkətə görə braziliyalı ən azı iki oyunluq diskvalifikasiya ilə üzləşə bilər.
Adətən belə intizam qərarları çərşənbə günləri elan olunur, lakin oktyabrın 12-si İspaniyada milli bayram olduğundan qərarın açıqlanma vaxtı cümə axşamına keçirilib.
Mənbə: GettoSport
Vinisius Junior
Real Madrid
La Liqa
İbrahima Konate


