Xosan Ferrandes polis kamerasında gecəni keçirdi
Elçe kapitanı Xosan Ferrandes oktyabrın 6-sı saxlanılaraq gecəni polis bölməsində keçirdi; həyat yoldaşının şikayəti geri götürüldüyü üçün iş bağlanıb.

İspaniya La Liqası klubunun kapitanı Xosan Ferrandes oktyabrın 6-sı axşam saatlarında saxlanılaraq gecəni polis bölməsinin kamerasında keçirmiş, səhər məhkəməyə aparılaraq ifadə verib.
Futbolçuya qarşı həyat yoldaşının qəddar rəftarla bağlı şikayəti əsasında əməliyyat aparılıb. Məlumatlara görə, iki qız övladı olan ailə boşanma prosesində olub və ərizəyə messencerdə göndərildiyi iddia olunan təhqiramiz mətnlər, eləcə də zədə izlərinin — qançır və göyərmələrin fotoları əlavə edilib.
Sonradan futbolçunun həyat yoldaşı şikayət ərizəsini geri götürüb və iş bağlanıb. Klubdan bildirilib ki, hazırda Xosan Ferrandeslə bağlı açıq məhkəmə icraatı və ya qüvvədə olan ərizə yoxdur.
Federasiya və ya məhkəmə sənədlərinə istinad edilməyən məlumatlara görə, hazırda futbolçu evindədir.
La Liqa

