Aleks Markes Malayziya Qran-prisində poul qazandı

Aleks Markes Malayziya Qran-prisinin sıralanma turunda ən yaxşı nəticəni göstərərək poul mövqeyinə sahib olub. Yarışın startı sabah veriləcək.

GettoSport redaksiyası••1 dəq oxu
Paylaş
Aleks Markes motosiklet üzərində trasda
Foto: Kokpit.az

Oktyabrın 31-də Malayziyada keçirilən sıralanma turunda Aleks Markes 1:56.493 nəticə ilə poul mövqeyini əldə edib. Mübarizənin gərgin keçdiyi Q2 sessiyasında rəqiblərini üstələməyi bacaran pilot birinci yeri tutub. Bu barədə Kokpit.az məlumat yayıb.

Sessiya ərzində liderlik bir neçə dəfə əl dəyişib. Marko Bezzekki və Ay Oqura müvəqqəti olaraq ilk sıraya yüksəlsələr də, sonda Mark Markes 1:56.563 nəticə ilə ikinci, Pedro Akosta isə üçüncü pillədə qərarlaşıblar.

Q1 mərhələsinin nəticələrinə əsasən, Yohan Zarko və Françesko Banyaya növbəti mərhələyə vəsiqə qazanıblar. Q1-də Yohan Zarko 1:57.341-lik dövrə ilə ən yaxşı göstəriciyə imza atıb.

Qeyd edək ki, çempionluq uğrunda mübarizə aparan Xorxe Martin biləyindəki zədə səbəbindən Malayziya Qran-prisində iştirak edə bilməyəcək.

Mənbə: Kokpit.az

Hazırladı: GettoSport

Paylaş

Son xəbərlər