Şarl Lekler Meksika Qran Prisinin ilk yürüşündə birinci olub

Meksikada keçirilən Formula 1-in ilk sərbəst yürüşündə Şarl Lekler ən yaxşı nəticəni göstərib. Sessiyada bir çox gənc pilot əsas sürücüləri əvəzləyib.

GettoSport redaksiyası••1 dəq oxu
Paylaş
Şarl Lekler Meksika trasında bolidini idarə edərkən
Foto: Kokpit.az

Oktyabrın 30-da Meksikada keçirilən Formula 1 sərbəst yürüş sessiyasında Şarl Lekler 1:18.128 nəticə ilə liderliyi ələ keçirib. Hava temperaturunun 22, trasın isə 43 dərəcə olduğu yürüş zamanı bir sıra komandalar gənc pilotlara şans verib. Bu barədə Kokpit.az məlumat yayıb.

Sessiyada əsas sürücülərin yerini aşağıdakı gənc pilotlar tutub:

  • Frederik Vesti (Mercedes)
  • Ayumu İvasa (Red Bull)
  • Leonardo Fornaroli (McLaren)
  • Nikola Tsolov (Racing Bulls)
  • Qabriele Mini (Alpine)
  • Ryo Hirakava (Haas)
  • Freddi Sleter (Audi)
  • Luke Brouninq (Williams)
  • Cek Krouford (Aston Martin)
  • Kolton Herta (Cadillac)

Yürüşün gedişində Niko Hülkenberq və Oskar Piastri təkərlərini bloklayaraq trasdan kənara çıxıblar. Sessiyanın başa çatmasına 13 dəqiqə qalmış Cek Kroufordun idarə etdiyi boliddə mühərrik problemi yaşanıb və nəticədə virtual təhlükəsizlik avtomobili rejimi elan olunub.

Sessiyanın yekun nəticələrinə əsasən, Kimi Antonelli ikinci, Frederik Vesti üçüncü, Lyuis Həmilton dördüncü, Ayumu İvasa beşinci, Pyer Qasli isə altıncı pillədə qərarlaşıblar.

Mənbə: Kokpit.az

Hazırladı: GettoSport

Paylaş

Son xəbərlər