Azərbaycan cüdoçuları U-23 Avropa çempionatında rəqiblərini tanıyıb
Neapolda keçiriləcək U-23 Avropa çempionatında Azərbaycan millisinin püşkatma nəticələri məlum olub. Turnir oktyabrın 30-da başlayır, görüşlər Judo TV-də…

29 oktyabr 2026 — İtaliyanın Neapol şəhərində keçiriləcək cüdo üzrə U-23 Avropa çempionatında Azərbaycan millisinin ilk rəqibləri püşkatma nəticəsində müəyyənləşib. Turnir oktyabrın 30-dan noyabrın 1-dək davam edəcək.
Azərbaycan Altı çəki dərəcəsində doqquz kişi cüdoçu ilə təmsil olunacaq. Püşkatmanın nəticələrinə görə, hər bir idmançı ilk görüşünü aşağıdakı rəqiblərə qarşı keçirəcək:
- 60 kq: Murad Muradlı — Unay Penyas Merino (İspaniya); Babarəhim Mirzəyev — Mario Tinelli (İtaliya) və Yan Motoli Bonqambe (Fransa) cütünün qalibi.
- 66 kq: Nizami İmranov — Alessio De Luka (İtaliya); İslam Rəhimov — Kristian Butuçi (Xorvatiya) və Adam Anastasopulos (Yunanıstan) cütünün qalibi.
- 73 kq: Əbil Yusubov — Luka Katiç (Xorvatiya) (1/16 finaldan); Mehdi Cəfərov — Vlad Mitru (Moldova) (1/16 finaldan).
- 90 kq: Əli Qazıməmmədov — Mixaylo Xoroşaylov (Ukrayna) (1/16 final).
- 100 kq: Əjdər Bağırov — İvan Kutenkov (Ukrayna) (1/8 final).
- 100 kq+: Kənan Nəsibov — Luka İvankoviç (Xorvatiya) (1/8 final).
Turnirdə ümumilikdə 36 ölkədən 275 idmançı (155 kişi, 120 qadın) medallar uğrunda mübarizə aparacaq. Çempionatın ilk yarış günündə təsnifat mərhələsi Bakı vaxtı ilə saat 13:00-da, final bloku isə saat 19:00-da başlayacaq; qarşılaşmalar Judo TV vasitəsilə canlı yayımlanacaq.
Mənbə: GettoSport
Avropa çempionatı
Azərbaycan millisi


