Hidayət Heydərov Böyük Dəbilqədə mübarizəyə qoşulur

Əbu-Dabidə təşkil olunan Böyük Dəbilqə turnirinin ikinci günündə Hidayət Heydərov və digər iki cüdoçumuz tatamiyə çıxacaq.

GettoSport redaksiyası••1 dəq oxu
Paylaş
Hidayət Heydərov tatamidə
Foto: İdman.biz

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə təşkil edilən cüdo üzrə "Böyük Dəbilqə" turnirində bu gün Azərbaycanın daha üç təmsilçisi mübarizəyə qoşulacaq.

Yarışın ikinci günündə olimpiya çempionu Hidayət Heydərov və Kamran Süleymanov 73 kiloqram çəki dərəcəsində tatamiyə çıxacaqlar. Qadın idmançıların mübarizəsində isə Südabə Ağayeva 70 kiloqram çəki dərəcəsində qüvvəsini sınayacaq.

Turnirin ilk günündə Azərbaycan cüdoçuları aktivlərinə 3 medal yazdırıblar. Belə ki, Balabəy Ağayev (60 kq) və Könül Əliyeva (48 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib olublar, Rəşad Yelkiyev (66 kq) isə bürünc mükafat qazanıb.

Mənbə: GettoSport

Paylaş

Son xəbərlər