İspaniya mətbuatı Bakıda U-15 turnirində yeni istedadları axtarır
AS nəşri Bakıda keçirilən FIFA U-15 Dünya Çempionatına diqqət ayırıb, turniri Andres İnyestanın kəşfi ilə müqayisə edərək tanınmamış yetirmələrin də önəmini…

26 oktyabr 2026 — İspaniyanın nüfuzlu AS nəşri Bakıda təşkil olunan FIFA U-15 Dünya Çempionatı və Festivalına həsr edilmiş məqaləsində yarışın gələcəyin futbol ulduzlarını kəşf etmək baxımından əhəmiyyətini önə çəkib. Məqalə jurnalist İqnasio Kamaço tərəfindən hazırlanıb.
Kamaço yazısında turniri vaxtilə İspaniyada keçirilən Brunete yarışına bənzədib və Andres İnyestanı Albasete klubunun gənc istedadı kimi kəşf edən məqamla paralellər aparıb. Məqalədə qeyd olunur ki, Bakıda həm böyük klubların akademiyalarından çıxan, həm də daha az tanınmış ölkələrdən gələn oyunçular üçün beynəlxalq səhnəyə çıxmaq imkanı yaranır.
AS xüsusilə İspaniya U-15 komandasında artıq diqqət çəkən oyunçuların adlarını çəkib: Kristian Moskeranın qardaşı Yulian Moskera, Betisin yetirməsi Tiaqo Polo və Real Madridin gənc futbolçusu Alberto Ruis.
Məqalədə vurğulanır ki, turnirin ən maraqlı tərəfi məhz hələ tanınmayan istedadların üzə çıxmasıdır; Avropa futbolunun mərkəzindən uzaqda qalan ölkələrin futbolçuları üçün belə yarışlar karyeraya dönüş verə bilər.
Mənbə: GettoSport
Dünya çempionatı
Real Madrid


