Kriştiano Ronaldo het-triklə 985-ə çatdı
30 oktyabr 2026 — Kriştiano Ronaldo Səudiyyə Pro Liqasının 12-ci turunda het-trik edərək peşəkar karyerasındakı qol sayını 985-ə çatdırıb. Klub və milli…

30 oktyabr 2026 — 41 yaşlı Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı Pro Liqasının 12-ci turunda Ər-Riyadda keçirilən “Əl-Nəsr” – “Əl-Xolud” matçında het-trik edib və peşəkar karyerasındakı ümumi qol sayını 985-ə çatdırıb.
Ronaldo görüşdə 66, 72 və 81-ci dəqiqələrdə fərqlənib. Onun komandası qarşılaşmada rəqibini 5:3 hesabı ilə məğlub edib.
Portuqaliyalı hücumçunun klub səviyyəsində vurduğu qolların sayı 839, milli komandadakı qolları isə 146 olaraq göstərilib və beləliklə ümumi göstəricisi 985-ə yüksəlib.
Ronaldo 1000 qol həddinə çatmaq üçün daha 15 dəfə fərqlənməlidir.
Mənbə: GettoSport
Kriştiano Ronaldo
Əl-Nəsr
Səudiyyə Pro Liqası


