Rafinya Braziliya millisinə çağırılmaya bilər
Barselonanın hücumçusu Rafinya Dias zədədən yeni sağaldığı üçün klub Braziliya millisindən noyabr toplanışında onun çağırılmaması üçün razılıq axtarır.

29 oktyabr 2026. İspaniyanın "Barselona" klubunun hücumçusu Rafinya Diasın Braziliya millisinə noyabr toplanışında çağırılmaması ehtimalı yaranıb.
Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti oktyabrın 29-da noyabr toplanışı üçün heyəti açıqlamağı planlaşdırır. Millinin noyabr toplanışı çərçivəsində komanda noyabrın 14-də Yaponiya, 17-də isə Sinqapurla yoldaşlıq oyunları keçirəcək.
Rafinya ötən beynəlxalq fasilədə aldığı zədədən yeni sağalıb və milliyə çağırılması halında ona təxminən 11 min kilometrlik səfər düşəcək. Buna görə də "Barselona" klubu əsas futbolçusunu yenidən itirmək riskinə getmək istəmir və hücumçunun formasını tam bərpa etməsi üçün Braziliya yığması ilə onun çağırılmaması barədə razılıq əldə etməyə çalışa bilər.
Qeyd edək ki, Braziliya millisi noyabrda iki yoxlama oyunu keçirəcək və Ançelottinin yekun heyəti oktyabrın 29-da açıqlanmalıdır.
Mənbə: GettoSport
Braziliya millisi
Rafinya
Barselona
Karlo Ançelotti


