GETTOSPORT

Real Kurtua ilə yeni müqavilə imzalamağı planlaşdırır

Madrid təmsilçisi Tibo Kurtua ilə sözləşməni uzatmaq niyyətindədir. İnsayderlərin məlumatına görə, klub belçikalı qapıçıya tam etibar edir.

GettoSport redaksiyası••1 dəq oxu
Paylaş
Madrid Real klubunun qapıçısı Tibo Kurtua meydanda
Foto: Sportal.az

Madridin "Real" klubu qapıçısı Tibo Kurtua ilə əməkdaşlığı davam etdirmək üçün yeni müqavilə imzalamaq niyyətindədir. Belçikalı futbolçunun hazırkı sözləşməsinin müddəti 2026/27 mövsümünün sonuna qədər nəzərdə tutulub.

Tanınmış insayder Fabritsio Romanonun məlumatına əsasən, İspaniya təmsilçisi təcrübəli qolkiperə tam etibar edir və onu hələ də dünyanın ən yaxşısı hesab edir. Bu səbəbdən tərəflər arasında yeni sazişin yaxın zamanlarda imzalanması planlaşdırılır.

Qeyd edək ki, 34 yaşlı qapıçı cari mövsüm La Liqada keçirdiyi 7 matçda qapısından 8 qol buraxıb.

Paylaş
Bu xəbərdə

Son xəbərlər