Real Madrid televiziyası hakim qərarlarından narazıdır
Real Madrid klubunun televiziyası Barselona ilə keçirilən La Liqanın 10-cu tur oyunundakı hakim qərarları və VAR müdaxilələri ilə bağlı narazılıq bildirib.

Madridin "Real Madrid" klubunun rəsmi televiziyası La Liqanın 10-cu turunda "Barselona" ilə keçirilən matçdakı hakim qərarlarından narazılığını dilə gətirib. Klassikoda qələbə qazanmalarına baxmayaraq, klub telekanalının aparıcısı bəzi epizodlarda VAR sisteminin müdaxilə etməməsini sual altına alıb.
Aparıcı açıqlamasında bildirib ki, bir çoxları onların yalnız məğlubiyyətdən sonra hakimləri tənqid etdiyini düşünür, lakin qələbə qazandıqları halda da eyni mövqedədirlər: "Niyə VAR Kanselunun Diomandeyə, Yamalın isə Bellinqhema qarşı ayağa basma epizodlarına baxmadı? Həmçinin, niyə Baldenin əli ilə bağlı epizod nəzərdən keçirilmədi?"
Mənbə: GettoSport
Real Madrid
Barselona
La Liqa
Lamin Yamal


