Bill Qeyts: Süni intellekt peşəkar idmanı əvəz etməz

29 oktyabr 2026-cı il açıqlamasında Bill Qeyts proqramlaşdırma, biologiya, energetika və peşəkar idmanı süni intellektin tam əvəzləyə bilməyəcəyi sahələr kimi…

GettoSport redaksiyası••1 dəq oxu
Paylaş
Bill Qeyts çıxış edərkən portret
Foto: İdman.biz

29 oktyabr 2026-cı il tarixli açıqlamasında Microsoft-un həmtəsisçisi Bill Qeyts süni intellektin inkişafına baxmayaraq, bir sıra sahələrdə insan iştirakı və bacarığının həlledici qalacağını bildirib.

Qeyts proqramlaşdırma, biologiya, energetika və peşəkar idmanı süni intellektin insan əməyini tam əvəz etməsinin çətin olacağı dörd əsas sahə kimi qeyd edib. O, ilk üç istiqamətdə yeni həllərin yaradılması, elmi araşdırmalar və mürəkkəb texniki məsələlərin həllinin insan mütəxəssislərini tələb edəcəyini vurğulayıb.

Milyarderin fikrincə, peşəkar idman azarkeşlər üçün yalnız nəticə deyil, idmançıların bacarığı, mübarizəsi və emosiyaları baxımından da önəmlidir. Buna nümunə kimi o, beysbolu göstərib və qeyd edib ki, tamaşaçılar meydanda idmançıların əvəzinə kompüterlərin yarışmasını eyni həvəslə izləməzlər.

Qeyts həmçinin süni intellektin idmandan kənarda qalmayacağını, oyunların təhlili, taktiki qərarların hazırlanması və məşqçilərin işində əhəmiyyətli köməkçi rol oynaya biləcəyini bildirib.

O, texnologiyanın gələcəkdə tikinti, kənd təsərrüfatı və tibb kimi sahələrdə də geniş tətbiq olunacağını proqnozlaşdırıb və qarşıdakı 20 ildə bəzi insanların iş yerlərini itirərkən başqalarının yeni peşələrə yiyələnəcəyini gözlədiyini qeyd edib.

Mənbə: GettoSport

Paylaş

Son xəbərlər