Nağı Səfərov Azərbaycan boksçularının nəticələrindən danışdı

Azərbaycan Boks Federasiyasının baş katibi Nağı Səfərov yığmaların qitə birinciliklərində 25 medal qazandığını və inkişafda olduğumuzu bildirib.

GettoSport redaksiyası••1 dəq oxu
Paylaş
Azərbaycan boksçuları və federasiya rəsmiləri tədbirdə
Foto: İdman.biz

Azərbaycan Boks Federasiyası (ABF) yığma komandaların son yarışlardakı nəticələrini yüksək qiymətləndirir. Qurumun baş katibi Nağı Səfərov bildirib ki, ölkə boksu düzgün istiqamətdə inkişaf edir.

Onun sözlərinə görə, milli komandalar qatıldıqları dörd qitə birinciliyində ümumilikdə 25 medala sahib çıxıblar. Bu mükafatlardan 5-i qızıl, 8-i gümüş, 12-si isə bürünc medaldır. Komandalar bu yarışların üçündə medal əyarına görə ilk “altılıq”da qərarlaşıblar.

Böyüklər arasında Avropa çempionatında əldə olunan iki qızıl, bir gümüş və iki bürünc medal xüsusi qeyd edilib. Aşağı yaş qrupları arasında isə ən çox medalı U-15 yığması qazanıb. Onlar qitə birinciliyində bir qızıl, üç gümüş və altı bürünc medala seviniblər.

ABF rəsmisi gələcək hədəfləri də açıqlayıb: “Əsas məqsədimiz 2027-ci ildə təşkil olunacaq Avropa Oyunlarında və boks üzrə dünya çempionatında yüksək nəticələr əldə etməkdir. İdmançılarımız bu yarışlara yüksək səviyyədə hazırlaşırlar. Təbii ki, 2028-ci ildə ABŞ-də təşkil olunacaq Yay Olimpiya Oyunlarında da uğurlu çıxış etmək istəyirik”.

Mənbə: GettoSport

Paylaş

Son xəbərlər